• Bakı 18° C

    3.68 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Gələn həftə MSK-nın yeni tərkibi təsdiqlənəcək

SİYASƏT

24 Aprel 2021 | 12:23

Gələn həftə MSK-nın yeni tərkibi təsdiqlənəcək

Gələn həftə Mərkəzi Seçki Komissiyasının yeni tərkibi təsdiq ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, Milli Məclisin aprelin 27-də keçiriləcək plenar iclasının gündəliyinə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi məsələsi daxil edilib.

Qeyd edək ki, bu ay MSK üzvlərinin səlahiyyət müddəti bitdiyindən Komissiya yenidən formalaşdırılır. Komissiya ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026