• Bakı 7° C

    2.08 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Gəncədə baş verən dəhşətli qəzanın görüntüləri - ANBAAN VİDEO

HADİSƏ

19 Aprel 2022 | 13:20 | Müəllif: Subhan Mahmudov

Gəncədə baş verən dəhşətli qəzanın görüntüləri - ANBAAN VİDEO

Yeni Gəncə yaşayış massivində zəncirvari qəza baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Bildirilib ki, hadisə şəhərin Səməd bəy Mehmandarov küçəsində baş verib.

VAZ-2107 və “Mitsubishi” markalı avtomobillər toqquşub. Qəza nəticəsində sürücülərdən biri başından xəsarət alıb.

Görüntülərdən bəlli olur ki, dönmə manevri edən “Mitsubishi”nin sürücüsü qarşıdan gələn VAZ-2107-ni gözləmir.

Bu zaman sonuncu ona çırpılıb. Qəza səbəbkarı isə yolun kənarında park edilmiş avtomobili vurub.

Faktla bağlı araşdırma aparılıb.

Həmin görüntüləri təqdim edirik:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026