"May ayının 14-də intihar etmək məqsədilə sirkə turşusu içən Nəsimi Şərəfxanlının vəziyyəti hazırda stabildir".
Bunu Klinik Tibbi Mərkəzin mətbuat katibi Elnur Hidayətoğlu Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirib.
Onun sözlərinə görə, Nəsimi Şərəfxanlı artıq 5 gündür ki, Klinik Tibbi Mərkəzdən müalicə alır.
"Xəstəxanaya yerləşdiriləndə vəziyyəti olduqca kritik idi. Lakin hazırda heç bir həyati təhlükəsi yoxdur, vəziyyəti stabil yaxşıdır”, - deyə Elnur Hidayətoğlu əlavə edib.
Nuranə Daxilqızı
***
00:33
Qazi-jurnalist Nəsimi Şərəfxanlı mayın 14-də intihar məqsədilə sirkə turşusu qəbul edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə moderator.az-a jurnalistin qardaşı Əliağa Şərəfxanlı məlumat verib. Onun sözlərinə görə, elə həmin gün zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən Nəsimi Şərəfxanlının müalicəsi istiqamətində bütün zəruri addımlar atılsa da, jurnalistin səhhəti hələ də kritik olaraq qalmaqdadır.
Məşhur jurnalist, 44 günlük Vətən müharibəsi iştirakçısı N.Şərəfxanlı hazırda 1 saylı Şəhər Klinik Xəstəxanasının Toksikilogiya şöbəsində müalicə alır.
Məlumat üçün qeyd edək ki, Nəsimi Şərəfxanlı Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq zabit kimi hərbi əməliyyatlara qoşulub və dövlət başçısının müvafiq sərəncamları ilə Cəbrayıl və Qubadlının azad edilməsində göstərdiyi igidliklərə görə medallarla təltif edilib.
















