Bakıda çoxmərtəbəli binanın liftinin qırılması nəticəsində yaralananların vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova Oxu.Az-a açıqlamasında bildirib ki, xəsarət alanlardan dördü bel, bud-çanaq və aşağı ətrafların travması diaqnozu ilə 3 saylı Kliniki Şəhər Xəstəxanasında hospitalizasiya olunub:
“Bir nəfər isə tibb müəssisəsinə getməkdən imtina edib”.
***10:26
Ötən gecə Bakıda çoxmərtəbəli binanın liftində qəza baş verib.
Bakıvaxtı.az "qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə saat 22:20 radlərində Nizami rayonu Özbəkistan küçəsi 1 ünvanında "Yeni Ev 7" MTK-nın tikdiyi çoxmərtəbəli binada baş verib. Liftin zərbə ilə şaxtaya çırpılması nəticəsində orada olan 4 qadın və 2 azyaşlı ağır xəsarətlər alıb. Yaralılar təcili olaraq xəstəxanalara çatdırılıblar. Onların bədənlərində çoxsaylı sınıqların olduğu müəyyən edilib.
Faktla bağlı Nizami Rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb.
















