Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi yaxınlığında dənizdə ("Sumqayıt" sularda xilasetmə məntəqəsindən kənarda, nəzarətsiz ərazi) batan 1990-cı il təvəllüdlü Kərimova Fatma Allahverdi qızı və övladı, 2015-ci il təvəllüdlü Kərimov Nicat Əlvan oğlunun axtarışları başa çatıb.
Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində F.Kərimovanın meyiti dənizdə tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. N.Kərimovun meyiti sahildə aşkar olunub.
*** 21:15
Sumqayıt şəhəri yaxınlığında Xəzər dənizində batanların şəxsiyyəti məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, dənizdə boğulanlar 1991-ci il təvəllüdlü Kərimova Fatma Allahverdi qızı və onun 2015-ci ildə anadan olmuş övladı Kərimli Nicat Əlvan oğludur. (apa)
*** 20:00
Sumqayıtda ana və övladı dənizdə boğulub.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Xəzər dənizinin Sumqayıt sahilində baş verib.
Dənizdə övladının batdığını görən ana onu xilas etmək istəyib. Lakin ana da batıb.
Onların meyitləri sudan çıxarılıb. (apa)
















