• Bakı 15° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Bakıda kişi arvadı ilə dalaşdı, oğlunu ülgüclə...

HADİSƏ

16 Avqust 2022 | 11:10

Bakıda kişi arvadı ilə dalaşdı, oğlunu ülgüclə...

Bakıda kişi arvadı ilə mübahisə edib, oğluna xəsarət yetirib.

Bakıvaxtı.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, hadisə iyul ayının 12-sində paytaxtın Sabunçu rayonunda baş verib. Belə ki, Nazim Hacıyevlə (bütün ad-soyadlar şərtidir) arvadı Rüxsarə Hacıyeva arasında birlikdə yaşadıqları evdə münaqişə baş verib.

Münaqişəyə oğlu Rasim Hacıyev müdaxilə edib. R.Hacıyev atası N.Hacıyevə anası ilə dalaşdığına görə etiraz edib. Nəticədə ata və oğul arasında da mübahisə yaranıb. N.Hacıyev oğluna ülgüclə xəsarət yetirib. 

Faktla bağlı Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.


SON XƏBƏRLƏR

25 Aprel 2024