• Bakı 13° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ukraynada daha bir azərbaycanlı döyüşçü həlak oldu - FOTO

HADİSƏ

18 Iyul 2022 | 10:35

Ukraynada daha bir azərbaycanlı döyüşçü həlak oldu - FOTO

Ukraynada gedən ağır döyüşlər zamanı daha bir azərbaycanlı - Kərim Qulamov həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yaxınları Kərim Qulamovun şəxsi “Facebook” səhifəsində məlumat yerləşdirilib.

Kərim Qulamov Ukraynanın Obuxov şəhərində doğulub, son bir neçə ili isə İrpen şəhərində yaşayıb.

Qeyd olunur ki, 35 yaşlı Kərim Qulamov Ukraynanın M1 musiqi telekanalında aparıcı kimi fəaliyyət göstərib.

Müharibə başlayandan sonra könüllü olaraq ordu sıralarına qoşulan həmyerlimiz Ukraynanın şərqində gedən döyüşlərdə iştirak edib.

Xatırladaq ki, fevralın 24-dən etibarən Ukraynanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə bir neçə azərbaycanlı həyatını itirib.

Onların sırasında 2022-ci ilin martın 27-də Kiyev uğrunda gedən döyüşlərdə həlak olan Elnur Həsənovun, Donetsk vilayəti uğrunda gedən toqquşmalarda həyatını itirən Məmmədov Fuadın, Volnovaxa istiqamətində gedən döyüşlərdə həlak olan Eyyubov Asəfin adını çəkmək olar.


Ukraynada daha bir azərbaycanlı döyüşçü həlak oldu - FOTOUkraynada daha bir azərbaycanlı döyüşçü həlak oldu - FOTOUkraynada daha bir azərbaycanlı döyüşçü həlak oldu - FOTOUkraynada daha bir azərbaycanlı döyüşçü həlak oldu - FOTOUkraynada daha bir azərbaycanlı döyüşçü həlak oldu - FOTOUkraynada daha bir azərbaycanlı döyüşçü həlak oldu - FOTOUkraynada daha bir azərbaycanlı döyüşçü həlak oldu - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026