• Bakı 10° C

    2.48 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

İmişlidə DƏHŞƏT: Kişi əvvəlcə arvadını, sonra özünü öldürdü - YENİLƏNİB

HADİSƏ

18 Iyun 2022 | 10:31 | Müəllif: Subhan Mahmudov

İmişlidə DƏHŞƏT: Kişi əvvəlcə arvadını, sonra özünü öldürdü - YENİLƏNİB

İyunun 17-də İmişli rayonu ərazisində 1988-ci il təvəllüdlü Turan Mustafayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İmişli rayon prokurorluğundan Bakıvaxtı.az-a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin keçmiş əri 1983-cü il təvəllüdlü Mehbalı Əhmədovun aralarında yaranmış münaqişə zamanı Turan Mustafayevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə daha sonra özünə bıçaqla xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

***09:02

İmişlidə qətl hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Yalavac kəndində baş verib.

Kənd sakini, 1983-cü il təvəllüdlü Əhmədov Mehbalı Xanoğlan oğlu münaqişə zəmnində arvadı, 1988-ci il təvəllüdlü Mustafayeva Turanə Vaqif qızını bıçaqla qətlə yetirib. M.Əhmədov sonra bıçaqla özünü öldürüb.

Faktla bağlı araşdırma aparılır.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026