• Bakı 13° C

    5.38 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Azərbaycanda qadın doğuşdan 1 həftə sonra ÖLDÜ

HADİSƏ

19 May 2022 | 09:32

Azərbaycanda qadın doğuşdan 1 həftə sonra ÖLDÜ

Tovuzda yeni ana olmuş qadın vəfat edib.

Bakıvaxtı.az “Qafqazinfo”a istinadən xəbər verir ki, rayonun Dondar Quşçu kənd sakini, 1996-cı il təvəllüdlü Şiranə Həsənova mayın 11-də Tovuz Rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib. 35-36 həftəlik uşaq dünyaya gətirən qadın daha sonra halı pisləşdiyindən xəstəxanada saxlanılıb.

Tibbi müdaxilələrə baxmayaraq, 1 həftə sonra – mayın 18-də günorta saatlarında Ş.Həsənova vəfat edib.

Ölüm faktı ilə bağlı araşdırmalar aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026