• Bakı 16° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Gəncədə ƏMƏLİYYAT: 23 nəfər saxlanıldı

CƏMİYYƏT

16 Oktyabr 2023 | 08:50 | Müəllif: Subhan Mahmudov

Gəncədə ƏMƏLİYYAT: 23 nəfər saxlanıldı

Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları şəhər ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunması istiqamətində bir səra səmərəli tədbirlər həyata keçirib.

Bakıvaxtı.az xəbər verir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 23 şəxs saxlanılıb.

Həmin tədbirlər nəticəsində saxlanılaraq aidiyyəti üzrə polis orqanlarına gətirilən şəxslərin üzərlərindən çeşidli narkotik və psixotrop maddələr o cümlədən güclü təsir edici narkotik vasitələr aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

Saxlanılan şəxslər barəsində toplanılmış materiallar Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə təqdim edilib.

Hazırda bu qəbildən olan tədbirlər davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026