• Bakı 26° C

    2.01 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Bakıda gənc reper itkin düşdü

CƏMİYYƏT

14 Noyabr 2023 | 22:13

Bakıda gənc reper itkin düşdü

Bakıda reper kimi tanınan 28 yaşlı İbrahim Nəzərli itkin düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə itkin düşən İbrahim Nəzərlinin yaxınları məlumat verib.

Bildirilib ki, o, noyabrın 9-u, saat 15:00 radələrində Qaradağ rayonu Sahil qəsəbəsindən çıxıb və bir daha geri qayıtmayıb.

Evdən çıxarkən əynində göy rəngli cins şalvar, ağ-qara idman ayaqqabısı, ağ rəngdə kofta, qara papaqlı idman gödəkcəsi olub.

O, sonuncu dəfə paytaxtın “Kubinka” adlanan ərazisində yerləşən restoranlardan birindən çıxarkən görülüb.

İbrahimi görən və ya ona bənzədən şəxslərdən +994 50 644 33 15 nömrəsi ilə əlaqə saxlamaları və ya polisə məlumat vermələri xahiş olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026