• Bakı 19° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Qeysəriyyə əməliyyatları niyə artır? - AÇIQLAMA

CƏMİYYƏT

30 Noyabr 2022 | 12:05

Qeysəriyyə əməliyyatları niyə artır? - AÇIQLAMA

“Ginekoloqların seçimi hər zaman təbii doğuş yönündə olmalıdır”.

Bunu Bakıvaxtı.az-a cərrah mama-ginekoloq Mələk Qafarlı hamilələrin əksəriyyətinin ehtiyac olmadığı halda qeysəriyyə əməliyyatına üstünlük vermələrinə münasibər bildirərkən deyib.

Onun sözlərinə görə, lakin təbii doğuş hər zaman yaxşı nəticə demək deyil. Ginekoloq bildirib ki, hər şey yolunda gedərsə, hər hansı bir risk yoxdursa, normal doğuşun olması anaya və yaxud dölə hər hansı travma yetirmirsə, təbii ki, bu zaman seçim normal doğuşdur.

“Lakin dövrümüzdə daha müasir diaqnostika üsullarımız var. Hamiləliyin gedişatını, dölün inkişafını daha yaxından izləyə bilirik. Bu 9 aylıq müddətdə əgər hər hansı kənara çıxma, riskli durum olarsa, bizim onu aşkar etmə şansımız keçmişə nəzərən daha yüksəkdir” deyən M.Qafarlı qeyd edib ki, buna görə də, kesr kəsiyinə olan göstərişlərin sayı daha çoxdur.
“Sonsuzluq problemi artdığından, hamiləliyin baş tutması üçüm reproduktiv texnologiyaların köməyinə üz tutduğumuz üçün kesr kəsiyi ilə baş verən doğuşların sayı artır. Eləcə də, əgər ana öncəki hamiləliyini kesr kəsiyi ilə sonlandırıbsa, növbəti hamiləlik də kesr ilə başa çatdırılmalıdır. Bu da kesr kəsiyi ilə sonlandırılan hamiləliklərin artmasına səbəb olur”, - deyə Mələk Qafarlı vurğulayıb.

Aytac Aslan


SON XƏBƏRLƏR