• Bakı 23° C

    19.82 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Vasif Talıbovun oğlu işdən çıxarılıb?

CƏMİYYƏT

30 Dekabr 2022 | 12:05

Vasif Talıbovun oğlu işdən çıxarılıb?

Dövlət Miqrasiya Xidməti (DMX) qurumun Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbovun işdən çıxarılması ilə bağlı yayılan məsələlərə münasibət bildirib. 

Bakıvaxtı.az xəbər verir ki, DMX-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, R.Talıbov işinin başındadır.

“O, hazırda vəzifəsini icra edir. İşdən çıxarılması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir”.

Qeyd edək ki, sosial şəbəkələrdə R.Talıbovun vəzifəsindən azad olunması ilə bağlı xəbərlər yayılır. 

Xatırladaq ki, bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov istefa verib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026