• Bakı 24° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Göyçay sakini qonşusunu güllələyib

HADİSƏ

27 Dekabr 2021 | 20:11 | Müəllif: Subhan Mahmudov

Göyçay sakini qonşusunu güllələyib

Göyçayda güllələnmə hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, hadisə rayonun Çarxanlı kəndində baş verib. Göyçay Rayon Polis Şöbəsinə dekabrın 25-də saat 1 radələrində Çarxanlı kəndi ərazisində kənd sakini T.Qasımovun atasına məxsus ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən həmkəndlisi R.Qasımovun xəsarət alması barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçirilib, hadisə yerindən müvafiq sənədləri olan "TOZ-53" markalı ov tüfəngi götürülüb.

R.Qasımov xəstəxanaya yerləşdirilib.

Araşdırmalar aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026