• Bakı 25° C

    6.83 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Göygöl rayonunda göldə batan şəxsin kimliyi məlum olub – YENİLƏNİB

HADİSƏ

17 Avqust 2022 | 21:00

Göygöl rayonunda göldə batan şəxsin kimliyi məlum olub – YENİLƏNİB

Göygöl rayonunun Ağdağ qəsəbəsi ərazisində, göldə batan şəxsin kimliyi məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, Duzlu göl adlanan ərazidə batan şəxs 1997-ci il təvəllüdlü, Daşkəsən rayon sakini Mustafayev Ramin Rasim oğludur. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və polis əməkdaşları gəlib. 

Batan şəxsin meyidi göldən çıxarılaraq aidiyəti üzrə təhvil verilib. 

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Göygöl rayonunun Ağdağ qəsəbəsi ərazisində, göldə 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.


SON XƏBƏRLƏR

06 Iyul 2025
05 Iyul 2025