• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Çoban işlədiyi fermadan oğurluq etdi

HADİSƏ

16 Sentyabr 2022 | 17:10

Çoban işlədiyi fermadan oğurluq etdi

Samux Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini ona məxsus 28 baş xırda buynuzlu heyvanın naməlum şəraitdə oğurlandığını bildirib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Şükür Hüseynov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs fermerin iş rejimindən narazı oldğu üçün 28 baş xırda buynuzlu heyvanı oğurlayaraq Goranboy rayonuna aparması və satmasını etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026