• Bakı 11° C

    5.4 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Masallı sakininin üzərindən və evindən narkotik aşkarlandı

HADİSƏ

15 Oktyabr 2022 | 17:37

Masallı sakininin üzərindən və evindən narkotik aşkarlandı

Masallı sakininin üzərində və yaşadığı evdə külli miqdarda heroin aşkarlanıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şıxlar kənd sakini Zahid Alışov saxlanılıb. Narkotik vasitələrin satışından şübhəli bilinən həmin şəxsin üzərindən hazır bükümlərdə qablaşdırılmış heroin aşkarlanaraq götürülüb.

Bundan əlavə Masallı RPŞ-nin əməkdaşları tərəfindən Z.Alışovun yaşadığı evə keçirilən baxış zamanı oradan 147 qramdan artıq narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Masallı sakininin üzərindən və evindən narkotik aşkarlandı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026