• Bakı 24° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Güclü külək nə vaxta qədər davam edəcək? - AÇIQLAMA

CƏMİYYƏT

06 Aprel 2021 | 09:13

Güclü külək nə vaxta qədər davam edəcək? - AÇIQLAMA

“Bu gün Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək”. 

Bakıvaxtı.az xəbər verir ki, bunu Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, külək axşama doğru tədricən mülayimləşəcək:

“Əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu Bakı və Abşeron yarımadasında gündüz saatlarında 14-16 dərəcə isti olacaq”.

G.Məmmədova qeyd edib ki, yaxın iki gün ərzində bölgələrdə də yağmursuz hava şəraiti gözlənilir:

“Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gündüz saatlarında 18-23, dağlıq ərazilərdə isə 15-20 dərəcə isti olacaq”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026