25 noyabr tarixində günəşdə partlayışlar qeydə alınıb.
Bakıvaxtı.az bildirir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
"Noyabrın 25-də Moskva vaxtı ilə saat 10:42-də (Bakı vaxtı ilə 11:42) rentgen diapazonunda M9.4 (N21E89) partlayışı qeydə alınıb. Partlayış 34 dəqiqə davam edib", - məlumatda bildirilir.
Bundan əlavə, həmin gün M1.1 və M1.8 gücündə daha iki partlayış baş verib.
Qeyd edək ki, günəş partlayışları rentgen şüalanmasının gücünə görə beş sinfə bölünür: A, B, C, M və X. Ən minimal sinif olan A0.0 Yer orbitində kvadrat metrə 10 nanovatt gücündə şüalanmaya uyğun gəlir. Hər növbəti sinfə keçid zamanı güc 10 dəfə artır.