• Bakı 21° C

    1.73 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Gürcüstanda azərbaycanlı ailəyə hücum: Ölən var

CƏMİYYƏT

29 Noyabr 2023 | 11:45

Gürcüstanda azərbaycanlı ailəyə hücum: Ölən var

Gürcüstanın Kaxeti bölgəsinin Saqareco rayonunun Tüllər kəndində silahlı insident zamanı ər qətlə yetirilib, onun həyat yoldaşı isə yaralanıb.

Bakıvaxtı.az “Aktual.ge” portalına istinadən xəbər verir ki, hadisənin qadının keçmiş həyat yoldaşı tərəfindən törədildiyi güman edilir. 

Onun qadının ərinə bir neçə dəfə odlu silahdan atəş açdığı iddia edilir.

Həmin şəxs hadisə yerindən qaçıb. Yaralı qadın klinikaya yerləşdirilib. Yaralının vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma başladılıb.

Qeyd edək ki, APA qətlə yetirilən şəxslərin azərbaycanlılar olduğu barədə məlumat yayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026