• Bakı 10° C

    6.81 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

HƏMAS-dan Almaniyaya MÜHÜM ZƏNG

DÜNYA

15 Yanvar 2024 | 15:37

HƏMAS-dan Almaniyaya MÜHÜM ZƏNG

İsrail-HƏMAS qarşıdurması davam edərkən HƏMAS Almaniyaya mühüm bir çağırış edib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Beynəlxalq Ədalət Məhkəməsində (ICJ) soyqırım ittihamı ilə mühakimə olunan İsrailin lehinə münaqişəyə müdaxilə edəcəyini açıqlayan HƏMAS Almaniyanı qərarı ləğv etməyə çağırıb.

HƏMAS Siyasi Bürosunun üzvü İzzət ər-Rişk verdiyi açıqlamada Almaniyanın Qəzza zolağında Fələstin xalqının etnik təmizləmə və məcburi köçkünlüyünə dəstək verən rəftarını pislədiyini bildirib.

Qeyd edək ki, Almaniya dünən Beynəlxalq Ədalət Məhkəməsinin işini dəstəklədiyini və əsas işdə üçüncü tərəf kimi İsrailin xeyrinə müdaxilə etmək niyyətində olduğunu açıqlamışdı.

Günəş Mərd

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026