• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

KTMT təlimləri payızda Mərkəzi Asiya ölkələrində keçiriləcək

 

DÜNYA

14 Fevral 2024 | 12:45

KTMT təlimləri payızda Mərkəzi Asiya ölkələrində keçiriləcək

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimləri sentyabr-oktyabr aylarında Mərkəzi Asiya ölkələrində keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu KTMT-nin Birləşmiş Qərargah rəisi, general-polkovnik Andrey Serdyukov brifinq zamanı bildirib.

    Qeyd olunub ki, təlimlər Qırğızıstan, Qazaxıstan və Tacikistan ərazisində keçiriləcək və bu təlimlər çərçivəsində 6 tədbirin keçirilməsi planlaşdırılır.

    KTMT-nin Mərkəzi Asiya regionunda təşkil ediləcək təlimləri çərçivəsində, Qırğızıstan ərazisində komanda-qərargah təlimi - "Qarşılıqlı fəaliyyət-2024”, kəşfiyyat qüvvələri və vasitələri ilə xüsusi təlim - "Axtarış-2024" və bir sıra digər tədbirlər keçiriləcək.

    Bununla yanaşı, Tacikistan və Qazaxıstan ərazilərində də təlimlər keçiriləcək. Qazaxıstanda KTMT sülhməramlı qüvvələrinin iştirakı ilə “Sarsılmaz Qardaşlıq 2024” komanda-qərargah təliminin keçirilməsi planlaşdırılır.

    Həmçinin əlavə olunub ki, təlimlərin aktiv fazalarında müşahidəçi qismində KTMT-yə üzv olmayan digər dövlətlərin, eləcə də beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı gözlənilir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    26 Noyabr 2026