• Bakı 13° C

    6.14 m/s

  • USD - 1.7

    EUR - 1.8519

    RUB - 1.9517

HƏMAS Səudiyyə Ərəbistanına təşəkkür etdi

DÜNYA

09 Fevral 2025 | 22:22

HƏMAS Səudiyyə Ərəbistanına təşəkkür etdi

HƏMAS hərəkatı İsrailin Baş naziri Benyamin Netanyahunun fələstinlilərin krallığa köçürülməsi təklifini pislədiyi üçün Səudiyyə Ərəbistanı hakimiyyətinə minnətdarlığını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə HƏMAS-ın Teleqram kanalı məlumat yayıb.

“Biz Səudiyyə Ərəbistanına fələstinlilərin məcburi köçkünlük planlarına qarşı yönəlmiş qəti mövqeyinə görə dərin minnətdarlığımızı bildiririk. HƏMAS nümayəndələri Netanyahunun təklifini həm Səudiyyə tərəfinə, həm də Fələstin xalqına düşmənçilik adlandırıb. Bildirilib ki, bu cür bəyanatlar radikalların fikrincə, İsrail baş nazirinə xas olan “müstəmləkəçilik zehniyyətini əks etdirir”, - məlumatda qeyd edilib./axar.az


SON XƏBƏRLƏR

13 Mart 2025