• Bakı 9° C

    6 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Hikmət Hacıyev əcnəbi diplomatlarla görüşdü

SİYASƏT

26 Iyul 2023 | 19:55 | Müəllif: Subhan Mahmudov

Hikmət Hacıyev əcnəbi diplomatlarla görüşdü

Ermənistan tibbi təxliyələr və tədarükün mümkün olduğu Laçın yolu məsələsi üzrə siyasi manipulyasiya və spekulyasiya ilə məşğuldur.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Aİ ölkələrinin, həmçinin Türkiyə, ABŞ və İsveçrə səfirlərinin iştirakı ilə keçirilən görüşdən sonrakı Tvitter paylaşımında bildirib.

Hikmət Hacıyev qeyd edib ki, Brüssel görüşündə Ağdam-Xankəndi yolunun daha çox çatdırmalar üçün istifadə edilməsi ilə bağlı razılıq əldə edilib. Prezidentin köməkçisi əlavə edib ki, bu məsələ həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin bəyanatında da vurğulanıb.

Hikmət Hacıyev qeyd edib ki, Ermənistanın Ağdam yolundan imtina edərək yalnız Laçın yolundan istifadədə israr etməsi və məsələni siyasiləşdirməsi qəbuledilməzdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR