• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycan Prezidenti uruqvaylı həmkarını təbrik etdi

SİYASƏT

25 Avqust 2023 | 12:19 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycan Prezidenti uruqvaylı həmkarını təbrik etdi

Prezident İlham Əliyev Uruqvay Şərq Respublikasının Prezidenti Luis Lakalle Pouya təbrik məktubu ünvanlayıb.

Bakıvaxtı.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Uruqvay Şərq Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Uruqvay arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost xalqınıza əmin-amanlıq və rifah arzulayıram".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026