• Bakı 23° C

    1.69 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

İƏT-in Baş katibi Azərbaycanı TƏBRİK ETDİ

SİYASƏT

23 Noyabr 2023 | 11:03

İƏT-in Baş katibi Azərbaycanı TƏBRİK ETDİ

“Azərbaycanı antiterror əməliyyatları keçirərək suverenliyini tam bərpa etməsi münasibətilə təbrik edirəm”.

Bakıvaxtı.az xəbər verir ki, bunu İƏT-in baş katibi Hissein Brahim Taha İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransının Nazirlər Sessiyasında deyib.

“İƏT baş katibi olaraq Azərbaycanın suverenliyi ilə bağlı haqq işinə dəstək verirəm. Bu konfrans İƏT daxilində əməkdaşlığı nəzərdən keçirmək üçün əlverişli fürsətdir. İşsizlik İƏT dövlətlərinin ən vacib problemlərindən biri olaraq qalır. Üzv dövlətlərimizdə işçi qüvvəsinin təhsil və təliminin əsas istiqamətə yönləndirilməsi əhəmiyyətlidir. Ümumilikdə üzv ölkələrin əhali sayının 1 milyard artaraq 2,9 milyarda çatacağı gözlənilir".

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026