Xərçəng xeyriyyə təşkilatı insanları günəşdən qorunmağa çağırıb.
Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bu barədə Xərçəng Araşdırmaları Böyük Britaniya üzrə proqnozunu açıqlayıb.
Proqnoza görə, İngiltərədə melanoma dəri xərçəngi hallarının artımı 25-49 yaşarası insanları əhatə edir. Ən böyük artım isə 80 yaşdan yuxarı vətəndaşlarda müşahidə olunub.
Qarşıdakı dövrdə İngiltərədə melanoma dəri xərçənginə yoluxanların sayının rekord səviyyədə artacağı proqnozlaşdırılıb.
Qeyd edək ki, melanoma ölüm riski ən yüksək olan dəri xərçəngidir. Xəstəlik erkən aşkarlandıqda müalicə oluna bilər. Melanoma dəri xərçənginin dəqiq səbəbi məlum deyil, lakin günəşdən və ya solyaridən gələn ultrabənövşəyi (UV) şüalara məruz qalmaq melanoma inkişaf riskini artırır. Ultrabənövşəyi (UV) şüalardan qorunmaq melanoma riskini azaltmağa kömək edir.
Gülşən Şərif
















