• Bakı 17° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

İran səfiri Portuqaliya XİN-ə çağırıldı

DÜNYA

16 Aprel 2024 | 23:08

İran səfiri Portuqaliya XİN-ə çağırıldı

Portuqaliyanın Xarici İşlər Nazirliyi "MSC Aries" konteyner gəmisinin buraxılmasını tələb etmək və İranın İsrailə hücumunu pisləmək üçün İslam Respublikasının səfirini nazirliyə çağırıb. 

Bakıvaxtı.az xəbər verir ki, Portuqaliya gəmi heyətinin azad edilməsini tələb edib və Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırış edib.

Nazirlik "bu rəsmi tədbirin nəticələrini gözləyəcəyini və əlavə addımları onlara əsaslanaraq qiymətləndirəcəyini" bildirib.

Xatırladaq ki, SEPAH xüsusi təyinatlıları Fars körfəzində "MSC Aries" adlı gəmini ələ keçirib. Gəminin Portuqaliya bayrağı altında üzdüyü və israilli milyarderə məxsus London şirkəti ilə əlaqəli olduğu bildirilir.


SON XƏBƏRLƏR

29 Aprel 2024