• Bakı 24° C

    1.26 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.3231

İranda 20 min insan susuz qaldı

DÜNYA

10 Iyun 2026 | 18:26

İranda 20 min insan susuz qaldı

İranın Hörmüzqan vilayətində su anbarlarına endirilən zərbələr səbəbindən 20 min sakin susuz qalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı vilayətin kanalizasiya və su təchizatı şirkətinin baş direktoru Həmzə Pur açıqlayıb. 

Onun sözlərinə görə, ABŞ-nin zərbələrindən sonra tutumu 500 və 2000 kub metr olan iki su anbarına ciddi zərər dəyib.

Şirkət direktoru qeyd edib ki, hazırda yaşayış məntəqələrinə su verilməsi dayanıb və alternativ təchizat variantları hazırlanır.

Qeyd edək ki, bu gecə ABŞ-nin İranda təqribən 20 hədəfə zərbə endirdiyini bildirib. İran isə buna cavab olaraq ABŞ-nin Yaxın Şərqdəki bazalarına hücum edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR