Bu gün İranın Şimali Xorasan əyalətindəki Bocnurd şəhərində növbəti dəfə Rixter cədvəli üzrə 5,2 bal gücündə zəlzələ baş verib.
Bakıvaxtı.az xəbər verir ki, zəlzələ 8 kilometr dərinlikdə qeydə alınıb.
Qeyd olunub ki, zəlzələ nəticəsində evlərin divarları çatlayıb, 8 nəfər xəsarət alıb.
17:47
İranda ard-arda iki zəlzələ olub.
Bakıvaxtı.az İRNA-ya istinadən xəbər verir ki, bu gün İranın Bocnurd şəhərində iki dəfə zəlzələ meydana gəlib.
Tehran Universitetinin Seysmoqrafiya Mərkəzinin məlumatına görə, Bocnurd şəhərində Rixter cədvəli üzrə 4,1 və 4,7 bal gücündə iki zəlzələ qeydə alınıb.
Hələlik 7 dəqiqə fərqlə meydana gələn zəlzələlər nəticəsində dağıntıların və ya insan itkisinin olub-olmaması haqda məlumat verilmir.
















