• Bakı 13° C

    7.62 m/s

  • USD - 1.7

    EUR - 1.8395

    RUB - 0.0176

Dünyanın ən güclü maqniti istehsal olundu

DÜNYA

22 Oktyabr 2024 | 16:44

Dünyanın ən güclü maqniti istehsal olundu

Çinli elm adamları 42,02 tesla gücündə dünyanın ən güclü maqnitini qurublar.

Bakıvaxtı.az "Cumhuriyet"ə istinadən xəbər verir ki, bu barədə Çin Elmlər Akademiyasının Hefei Fizika Elmləri İnstitutundan məlumat verilib.

Məlumata görə, yeni maqnit Floridadakı ABŞ Milli Yüksək Maqnit Sahəsi Laboratoriyasının tədqiqatçıları tərəfindən 2017-ci ildə müəyyən edilmiş 41,4 tesla gücündə olan maqnit rekordunu üstələyib.

Tədqiqatçıların fikrincə, maqnit gözlənilməz elmi nailiyyətlərə, o cümlədən yeni kvant hadisələrinin müşahidəsinə səbəb ola bilər. Maqnitin nəhəng gücü kimya və fizikadan tutmuş bir çox sahələrdə yeni anlayışlar yaratmaq  potensialına malikdir.

Gülşən Şərif


SON XƏBƏRLƏR