• Bakı 13° C

    7.62 m/s

  • USD - 1.7

    EUR - 1.8395

    RUB - 0.0176

"Porsche" və "Audi" on minlərlə avtomobili geri çağırıb

DÜNYA

22 Oktyabr 2024 | 16:22

Porsche və Audi on minlərlə avtomobili geri çağırıb

"Porsche" və "Audi" dünya üzrə on minlərlə elektrikli avtomobili geri çağırmaq qərarına gəlib. 

Bakıvaxtı.az "Sozcu"yə istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi (NHTSA) məlumat yayıb.

Bildirilib ki, geri çağırılmaya səbəb avtomobillərin akkumulyator modullarında aşkar edilən qısaqapanma riskinin potensial yanğın təhlükəsi yaratmasıdır. Bu risk xüsusilə "Porsche Taycan" və "Audi e-tron GT" modellərinə aiddir.

Məlumata görə, hər iki marka avtomobil sahiblərini məlumatlandıracaq, oktyabr və noyabr ayları ərzində pulsuz texniki xidmətlər təklif edəcək. Təmir səlahiyyətli xidmətlərdə aparılacaq və problem aşkar edildikdə akkumulyator modulları dəyişdiriləcək. 

Gülşən Şərif


SON XƏBƏRLƏR