• Bakı 18° C

    3.11 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

İranda daha 3 nəfər edam edildi

DÜNYA

12 Dekabr 2022 | 18:51 | Müəllif: Subhan Mahmudov

İranda daha 3 nəfər edam edildi

İranın Zahidan, Şiraz və Taybad şəhərlərində 3 məhkum edam edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Məlumata görə, narkotik maddələrin alverində ittiham olunan Vahid və İsa Naruyi adlı iki bəluc dekabrın 12-də Zahidan və Şiraz şəhərlərinin həbsxanalarında edam olunublar.

Qəsdən adam öldürməkdə günahlandırılan Həsən Qasımzadə adlı məhkum isə Taybad şəhərinin həbsxanasında dar ağacından asılıb.

Qeyd edək ki, İranda edamların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 70 faiz artıb. Ölkə edamlarn sayında dünyada ilk pillədə qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Oktyabr 2026