• Bakı 12° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Dünya çempionu öz silahı ilə güllələndi

DÜNYA

11 Yanvar 2023 | 17:42 | Müəllif: Qalib İbrahimoğlu

Dünya çempionu öz silahı ilə güllələndi

İspaniyada atıcılıq üzrə dünya çempionu güllələnib.

Bakıvaxtı.az-ın xarici mətbuata istinadən xəbərinə görə, ispan atıcılığının əfsanəvi adı, atıcılıq üzrə dünya çempionu Xorxe Ballesteros avtomobilində başından güllələnmiş halda tapılıb.

Aparılan istintaq nəticəsində onun öz silahı ilə güllələndiyi müəyyən edilib. Ancaq bununla bağlı rəsmi açıqlama yoxdur.

Atıcılıq üzrə dünya çempionatından əlavə 3 Avropa çempionu olan ispaniyalı idmançı həm də polis əməkdaşı kimi fəaliyyət göstərirdi.

17 dəfə İspaniya çempionluğunu da qazanan Ballesterosun tapıldığı zaman sağ olduğu, lakin aparıldığı xəstəxanada dünyasını dəyişdiyi bildirilir.

39 yaşında dünyasını dəyişən idmançı San Sebastyanda anadan olub. Ailəsi də atıcılığa həvəsli olan idmançı daha sonra Madridə köçüb.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026