Türkiyədə zəlzələdən zərər görən şəxslərin kirayə haqqı ödəniləcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.
“Zəlzələdən əziyyət çəkən vətəndaşlarımızın hər birinə 10 min lirə ödəyəcəyik. Çadırlarda qalmaq istəməyən vətəndaşlarımızın 1 il müddətinə kirayə pulları ödəniləcək”, - deyə Ərdoğan qeyd edib.
















