• Bakı 24° C

    5.3 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Zelenskidən  NATO ölkələrinə ÇAĞIRIŞ

DÜNYA

10 Fevral 2023 | 17:01

Zelenskidən NATO ölkələrinə ÇAĞIRIŞ

“Rusiya raketlərinin Moldova və Rumıniyadan keçməsi NATO-nun təhlükəsizliyinə təhdiddir”.

Bakıvaxtı.az  “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenki deyib.

O bildirib ki, dünya Rusiya terrorunun qarşısını almalıdır:

“Bu gün Rusiyanın bir neçə raketi Moldova və Rumıniyanın hava sərhədini pozub. Bu, qarşısı alına bilən terrordur. Dünya bunu etməlidir”.

Zelenski qeyd edib ki, bugünkü hücum zamanı Rusiya 70-dən çox raket atıb:

“Onlardan 60-ı havadaca zərərsizləşdirilib. Düşmənin hədəfləri mülki infrastruktur və dinc sakinlərdir. Raket zərbələri nəticəsində ölənlər var".

Xatırladaq ki, bu gün Rusiya Silahlı Qüvvələri Ukraynanı kütləvi raket hüumuna məruz qoyub. Raketlərdən bir neçəsi Moldova və Rumıniyanın hava məkanını pozub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026