• Bakı 26° C

    3.85 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Ərdoğan Adıyamandadır

DÜNYA

10 Fevral 2023 | 15:24

Ərdoğan Adıyamandadır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 10-da Adıyamana səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı Türkiyə KİV-i yayıb.

Dövlət başçısı ərazidəki mövcud durumla tanış olur, axtarış-xilasetmə işlərinin gedişatı ilə bağlı məlumat alır.

R.T.Ərdoğan Adıyamandan sonra Malatyaya gedəcək.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Son məlumata görə, Türkiyədə dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 18 342 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 74 242 nəfər yaralanıb. Zəlzələdən sonra bölgədə 1509 afterşok qeydə alınıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Təbii fəlakət həmçinin Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub, eyni zamanda Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə də hiss edilib.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş episentr olmaqla Gaziantep, Şanlıurfa, Diyarbakır, Adana, Adıyaman, Osmaniyə, Hatay, Kilis, Malatya ve Elazığ əyalətlərində zəlzələ baş verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026
04 Sentyabr 2026