• Bakı 23° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

İranda qadın hicaba görə öldürüldü

DÜNYA

17 Aprel 2024 | 12:09 | Müəllif: Subhan Mahmudov

İranda qadın hicaba görə öldürüldü

Tehranda məcburi hicab qaydalarının tətbiqi çərçivəsində keçirilən əməliyyat zamanı hökumət məmurları gənc qadını öldürüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Bildirilib ki, Tehranın Vüzəra küçəsində 14 yaşlı yeniyetmə qızın məcburi hicab qaydalarına görə həbs edilməsinə etiraz edən Rujan Əkbəri adlı qadın ağır şəkildə döyülüb.

Huşunu itirən qadın həmin küçədə "Vüzəra apartmanı" adlanan hökumət binasına aparılıb və orada həyatını itirib.

Hökumət mediası bunu təkzib edərək, ölən şəxsin quldurluq ittihamına görə saxlanıldığını və ürək tutmasından öldüyünü iddia edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026