• Bakı 21° C

    1.03 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

“İranla sərhəddə əlavə tədbirlər görürük” - Ərdoğan

DÜNYA

28 Avqust 2021 | 09:44

“İranla sərhəddə əlavə tədbirlər görürük” - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Yunanıstan Baş naziri Kriakos Mitsotakis arasında telefon danışığı olub.

Bakıvaxtı.az xəbər verir ki, görüşdə regional mövzular, xüsusilə Əfqanıstandakı son hadisələr, miqrant mövzusu və ikitərəfli əlaqələr müzakirə edilib.

Əfqanıstanın bir daha kritik bir dövr yaşadığını ifadə edən Ərdoğan ölkəyə problemsiz bir keçid arzuladıqlarını qeyd edib.

Türkiyə lideri Əfqanıstanda bir keçid dövrü qurulmayacağı təqdirdə, artıq yüksək səviyyələrə çatan miqrasiya təzyiqinin daha da artacağına və bu vəziyyətin hər kəs üçün ciddi bir problem yaradacağına diqqət çəkib.

Avropa İttifaqının Əfqanıstanda və qonşu ölkələrdə, xüsusən İranda əfqan xalqına kömək etməli olduğunu ifadə edən Ərdoğan lazımi tədbirlər görülməzsə, yeni bir köç dalğasının qaçılmaz olduğunu və İranla təmasda olduqlarını söyləyib.

O, İranla sərhəddə əlavə tədbirlər gördüklərini sözlərinə əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026