Əfqanıstanın Cəlalabad şəhərində baş verən partlayış nəticəsində Talibanın kəşfiyyatçısı ölüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “RİA Novosti” yerli mənbəyə istinadla məlumat yayıb.
“Bu gün səhər baş vermiş partlayış nəticəsində Talibanın kəşfiyyatçısı öldürülüb”, - mənbə bildirib.
















