Basketbolun 3x3 növü üzrə Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında mübarizəyə start verib.
Bakıvaxtı.az xəbər verir ki, millimizin C qrupunun ilk turunda Mali ilə qarşılaşıb və 18:15 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, yığmamız növbəti oyununu Türkiyəyə qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
















