• Bakı 11° C

    1.57 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

İki güləşçimiz final görüşünə çıxır

İDMAN

11 Sentyabr 2022 | 14:54

İki güləşçimiz final görüşünə çıxır

Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bu gün  55 kq-dakı Yunan-Roma güləşi üzrə təmsilçimiz Eldəniz Əzizli finalda Gürcüstan təmsilçisi Nuqzari Tsurtsumia ilə qarşılaşacaq. 72 kq-dakı Ülvi Qənizadə isə  qızıl medal uğrunda Serbiya güləşçisi Ali Arsalanla üz-üzə gələcək. Final görüşləri Bakı vaxtı ilə saat 20:00-dan başlayacaq.

Bundan başqa, 63 kq çəki dərəcəsində çıxış edən Taleh Məmmədov 1/8 final mərhələsində Aleksandr Yurkyans (Latviya) / Cordan Kabonqo (Konqo) cütünün qalibi, 67 kq-dakı Həsrət Cəfərov 1/16 finalda Dieqo Martineslə (Meksika), 82 kq-da yarışan dünya və Avropa çempionu Rafiq Hüseynov 1/8 finalda Sultan Damen (İordaniya) / Yuya Okajima (Yaponiya) duelinin güclüsü, 97 kq-dakı Arif Niftullayev 1/16 final mərhələsində Daniel Qastlinlə (Avstriya) qarşılaşacaqlar. Təsnifat görüşlərinə isə Bakı vaxtı ilə saat 12:30-da start veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR