• Bakı 7° C

    8.18 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Qarabağ" – "Olimpiakos" oyununun hakimləri BƏLLİ OLDU

İDMAN

11 Oktyabr 2022 | 09:37

"Qarabağ" – "Olimpiakos" oyununun hakimləri BƏLLİ OLDU

Bakıda "Qarabağ" və Yunanıstan "Olimpiakos"u arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu üçün təyinatlar açıqlanıb.

Bakıvaxtı.az  xəbər verir ki, qarşılaşma İngiltərədən olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Kreyq Pausona Li Betts və Yan Hassin laysmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Con Bruks yerinə yetirəcək.

Darren Con Herbert VAR hakimi, Peter Banks isə onun köməkçisi olacaq. Hakim-inspektor norveçli Con Skyervold, UEFA nümayəndəsi Bosniya və Herseqovinadan olan Milan Yankoviçdir.

Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Olimpiakos" matçı saat 20:45-də başlayacaq. "Köhlən atlar" III turda Afinadakı görüşdə rəqibini 3 cavabsız qolla məğlub edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026