• Bakı 11° C

    3.38 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Neymar PSJ-nin bombardirləri siyahısında 4-cü pilləyə yüksəlib

İDMAN

11 Sentyabr 2022 | 13:30

Neymar PSJ-nin bombardirləri siyahısında 4-cü pilləyə yüksəlib

Braziliya millisinin futbolçusu Neymar Fransanın PSJ klubunun bombardirləri siyahısında 4-cü pilləyə yüksəlib.

Bakıvaxtı.az-ın məlumatına görə, 30 yaşlı hücumçu buna "Brest"i 1:0 hesabı ilə məğlub etdikləri Fransa Liqa 1-in VII tur oyununda nail olub.

Matçdakı yeganə qolun müəllifi olan forvard Paris təmsilçisinin heyətində 110 dəfə fərqlənməyi bacarıb. Braziliyalı oyunçu 2003 - 2008-ci illərdə PSJ-də çıxış etmiş portuqaliyalı Pedru Pauletanı (109 qol) geridə qoyub.

Bu göstəricidə Neymarı Zlatan İbrahimoviç (156 qol), Kilian Mbappe (180 qol) və Edinson Kavani (200 qol) qabaqlayır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026