• Bakı 12° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

"Barselona"nın kapitanı karyerasını ABŞ-da davam etdirəcək

İDMAN

11 Sentyabr 2022 | 17:19

"Barselona"nın kapitanı karyerasını ABŞ-da davam etdirəcək

İspaniya "Barselona"sının futbolçusu Serxio Buskets klub prezidenti Joan Laporta ilə gələcək karyerasını müzakirə edib.

Bakıvaxtı.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi 2023-cü ilin yayında Kataloniya təmsilçisindən ayrılmağa qərar verib.

Kapitan klubla yeni müqavilə imzalamaq fikrində deyil. Buskets ABŞ-ın MLS liqasındakı komandalardan birinə keçəcək.

Qeyd edək ki, Serxio Buskets 2008-ci ildən "Barselona"da çıxış edir. Onun müqaviləsi mövsümün sonunda başa çatacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR