• Bakı 23° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

İspaniya millisindən tarixi uğur

İDMAN

25 Iyun 2024 | 11:28

İspaniya millisindən tarixi uğur

İspaniya millisi Avropa və dünya çempionatlarında tarixi uğura imza atıb.

Bakıvaxtı.az "Opta"ya istinadən xəbər verir ki, komanda tarixində ilk dəfə böyük turnirlərdə qrup mərhələsini qol buraxmadan başa vurub.

Qeyd edək ki, Almaniyada təşkil olunan Avropa çempionatının B qrupunda yer alan İspaniya millisi bütün oyunlarda qələbəyə sevinib. Xorvatiya millisinin qapısına 3 cavabsız qol vuran Luis De La Fuentenin rəhbərlik etdiyi kollektiv İtaliya və Albaniya komandaları ilə matçlarda 1:0 hesablı qələbə qazanıb.


SON XƏBƏRLƏR