Bir sıra keçmiş fələstinli məhbus İsrail həbsxanalarında ağır rəftara məruz qaləblar.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu iddia ilə çıxış edən keşmiş məhbuslar həbsxanalarda əsasən fiziki və cinsi zorakılığa , eləcə də alçaldıcı rəftara məruz qaldıqlarını bildiriblər.
Qəzzanın Xan Yunis şəhərindən olan keçmiş məhbus Məhəmməd Zəki əl-Bəkri 20 ay ərzində beş fərqli həbsxanada saxlanıldığını bildirərək, məhbusların soyundurulduğunu, qandallandığını və gözlərinin bağlandığını deyib.
"Əl-Cəzirə" qeyd edir ki, topladığı ifadələrdə digər keçmiş məhbuslar da oxşar zorakılıq və alçaldıcı rəftarla üzləşdiklərini bildiriblər. Bu iddialar telekanalın “Sübut Bədənləri: İsrailin Ən Qaranlıq Silahı” adlı araşdırma sənədli filmində yer alıb.
Fatimə İbrahimova
BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi
Bakı 



