• Bakı 17° C

    5.08 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

İsrail HƏMAS-ın 500-dən çox hədəfini vurdu

DÜNYA

09 Oktyabr 2023 | 09:26

İsrail HƏMAS-ın 500-dən çox hədəfini vurdu

İsrail ötən gecə Qəzza zolağında HƏMAS-ın 500-dən çox hədəfini vurub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrailin hərbi mənbələri bildiriblər.

Qeyd olunub ki, hədəflər döyüş təyyarələri, helikopterlər və artilleriyalarla vurulub.

Məlumata görə, həmçinin HƏMAS rəhbərliyinin yerləşdiyi binalara da zərbələr endirilib.

Bildirilib ki, İsrail ordusu Qəzza zolağına zərbələr endirməyə və terror təşkilatlarının imkanlarını zəiflətməyə davam edəcək.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında Qəzza zolağından İsrailə raket hücumları başlayıb və eyni zamanda silahlı qruplar yəhudi dövlətinin ərazisinə daxil olub. Ordu "müharibə hazırlığı vəziyyəti" elan edib və tezliklə cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026