• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Senatda İsrailə yardım layihəsi qəbul edilmədi

DÜNYA

08 Noyabr 2023 | 00:43 | Müəllif: Subhan Mahmudov

Senatda İsrailə yardım layihəsi qəbul edilmədi

Noyabrın 7-də ABŞ Senatındakı demokratlar Respublikaçılar Partiyasının nümayəndələrinin İsrailə təcili yardım haqqında qanun layihəsini təsdiqləmək cəhdlərinin qarşısını alıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.

Məlumata görə, sözügedən qanun layihəsi Ukraynaya yardımı əhatə etmədiyi üçün qəbul edilməyib.

Respublikaçı senator Rocer Marşall deyib ki, Senatın bu kritik yardımın İsrailə çatdırılmasını bir gün gecikdirməməsi vacibdir. Lakin demokratlar bu tələbi rədd ediblər.

Senatın Büdcə Komitəsinin sədri Patti Mürrey isə deyib:

“Ukraynadakı müttəfiqlərimiz gecikməyə tab gətirə bilməz, nə də İsraildəki müttəfiqlərimiz".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026