• Bakı 13° C

    5.4 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Kadırovun oğluna daha bir mükafat verildi

DÜNYA

08 Noyabr 2023 | 00:08 | Müəllif: Subhan Mahmudov

Kadırovun oğluna daha bir mükafat verildi

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam daha bir dövlət mükafatı - "Kabardin-Balkar Respublikasına xidmətlərinə görə" ordeni ilə təltif olunub.

Bakıvaxtı.az Rusiya mətbuatına istinadən xəbər verir ki, medalı Adama regionun rəhbəri Kazbek Kokov təqdim edib.

15 yaşlı Adam millətlərarası və dinlərarası sülh və harmoniyanın möhkəmləndirilməsinə verdiyi töhfəyə görə mükafatlandırılıb. 

Kadırov əlavə edib ki, “əməlləri və hərəkətləri ilə hər şeydə babasına bənzəməyə çalışan” oğlu belə bir qiymətləndirməni “avans kimi” qəbul edir.

Bu, Quranı yandırmaqda ittiham olunan Nikita Juravelin döyülməsi hadisəsindən sonra Adamın 5-ci mükafatıdır. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR